Yalnız Azərbaycanda…

Oktyabr 4, 2011 tarixində, saat 9:19 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bu seriadan çoxlu yazılar yazılıb. Söhbət “Yalnız Azərbaycanda” cümləsi ilə başlayan yazılardan gedir. Son günlər bəzi maraqlı, iyrənc və ya qəribə hadisələrlə qarşılaşmağım məndə də həvəs yaratdı ki, “Yalnız Azərbaycanda” seriyasından nəsə yazım.

1. Yalnız Azərbaycanda bir ailədən ildə bir nəfər “Mango” mağazasından nəsə paltar alar və sonra bir il boyunca bütün ailə üzvləri şəhərə gəzməyə çıxanda həmin paltarın qoyulduğu çantaya başqa əşyalar yığıb özü ilə götürər.

2. Yalnzı Azərbaycanda yaşayan dublyajçı məşhur film qəhramanı Jan Klod Vandamın anasının müsəlman olduğunu yəqin edib, filmlərdə Vandama dəyməyən güllə zamanın onun namaz qıldığını müəyyən edə bilər. (Dublyajçı: Ay səni Vandam, anan namaz üstə imiş…)

3. Yalnız Azərbaycanda çoxmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən evin pəncərələrinə dəmir barmaqlıq qoyulur.

4. Yalnız Azərbaycanda normal təhsil almağa imkanı olmayan məcburi köçkünlər üçün yaradılan saytın ünvani ingilis dilində və bu qədər uzun ola bilər: http://www.refugees-idps-committee.gov.az

5. Yalnız Azərbaycanda mədəniyyət kanalı bütün homoseksualları axmaq adlandıra bilər.

6. Yalnız Azərbaycanda liberalları milli dəyərlərə badalaq atmaqda günahlandıranlar öz bakirəliyini məhz onların ixtiyarına buraxar.

7. Yalnız Azərbaycanda ölkəyə interneti gətirən, onu satan və ona nəzarət edən qurum eyni ola bilər.

8. Yalnız Azərbaycanda toyuq oğrusunu tapmaq üçün də Prezidentə məktub yazmaq vacibdir, bank yarılanda da.

Hələlik bu qədər. Kefim yaxşı olsa yenə yazaram…

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: