Dünən və bu gün – VİDEO

Oktyabr 12, 2011 tarixində, saat 6:54 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 2 Şərh
Etiketlər: , , ,

Bu gün səhər işdə Facebook-a daxil olanda ilk qarşıma çıxan paylaşım (1)  Mübariz Tağıyevin 1991-ci ildə ifa etdiyi “Bir sabah” mahnısı oldu. Bütün paylaşımlarda belə bir cümlə yazılmışdı 20 il öncə Azərbaycan estradası… Mən də dinlədim, gözəl, əla, hətta super.
Sonra Youtube-də 90-cı ilin əvvəllərində oxunan estrada mahnılarını axtardım. Bir neçəsini dinlədim. Daha sonra isə gəldim bu günki dövrə. Fərq insanı heyran edir. O vaxt yazılan musiqilər bəlkə də Azadlıq Hərəkatının təsirindənmi ya nədənmi çox azad ruhludur. İnsanlar mahnıları kompleksiz oxuyur.
1990-cı illər (“Səriştəsiz” AXC hakimiyyəti) – Mübariz Tağıyev “Bir sabah”, YUXU “Xəzərin sahilində”, …

2010-cu illər (“Analoqu” olmayan inkişaf) – Üzeyir Mehdizadə “O mənim olmalıdır”,  Gülağa ft Cavid “Nabrana sür”,…

YUXU qrupunun, Mübariz Tağıyevin o zamanlar oxuduğu müsiqi indi də gənclər tərəfindən dinlənilir, paylaşılır. Bu isə o deməkdir ki, böyüklər tərəfindən bizə yapışdırılan damğa (guya biz keçmişimizi bəyənmirik.) tamamilə absurdur. Biz sadəcə uğursuzluqlarla yaşamaq istəmirik, uğuru isə hər zaman yaşadacağıq. Bizim keçmişimizin uğuru da Məhz yuxarıda adlarını yazdığım musiqilərdir.
Bu yazının davamı olacaq…

P.S. Yazıda qeyd etdiyim paylaşım sözünü bəlkə də ilk dəfə görürsünüz. Bu sözü başqa sözlə də əvəz etmək olardı. Ancaq mən kasıb dilin sahibi olmaq istəmirəm. Bir sözü bir neçə mənada işlətmək olar. Bu sözü qəbul etməsənizdə məna etibarı ilə tam yerinə düşür.

Advertisements

2 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. uzeyirin mahnisi olduguna gore paylasmiram FB-de. ama beyendim 🙂

  2. Yazıvı bəyəndim, düzdü indiki musiqimiz kim nə desədə yoxdu. Mən sözün açığı Azərbaycada musiqi mədəniyyətinin öldüyünü düşünürəm.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: