Mən də gəncəm, sən də, amma…

Oktyabr 14, 2011 tarixində, saat 11:53 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , ,

Bir il bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqtonda qaldığım mehmanxananın restoranında yemək yeyərkən çöldə səs – küy gəldiyini eşitdim. Yeməyimi yarıda qoyub qapıdan çölə çıxdım və qaldığımız mehmanxana ilə üzbə – üz yerləşən “Hilton” mehmanxanasının qarşısında gənclərin izdiham yaratdığını görüdm. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Dedilər ki, Prezident Barak Obama birazdan bura gələcək və jurnalistlərə nahar ziyafəti verəcək.
Düzü maraq mənə güc gəldi. Restorandakı yeməyimi unudub izdihama qoşuldum. Həm Obamanı yaxından görmək istəyirdim, həm də bura toplaşan gənclərin nə planlaşdığını müşahidə etmək istəyirdim.

Bəli, Barak Obama gəldi və gənclər aksiya keçirməyə başladılar. Onların əllərindəki vatman kağızlarında belə bir tələb yazılnışdı: TOYUQ DA CANLIDIR, ONU YEMƏYİN!

Obama da gənclərin önündən keçərkən Amerikan təbəssümünü əskik etmədən gəncləri salamladı. Onlar da təbəssüm nümayiş etdirdilər.

İzdiham dağılışandan sonra aksiya iştirakçılardan bir neçəsinə yaxınlaşıb onların təşkilatları ilə maraqlandım və məlum oldu ki, bura toplaşan gənclərin demək olar ki, hamısı fərqli – fərqli təşkilatların nümayəndələridi. Bəziləri hətta sadəcə GƏNCdir, təşkilat mənsubiyyəti yoxdur. Onları burada birləşdirən isə ideyadır və ya ortaq nöqtədir.

Bəs Azərbaycanda?

Bu gün Azərbaycanda Mənə Dalğa Gənclər Hərəkatı ilə bağlı ən çox verilən suallar bunlardır: “Dalğa”nın qeydiyyatı varmı? “Dalğa” hardan maliyyələşir?

Vallah ayıbdır, billah ayıbdır. Əvvəla mənim anlamadığım bir şey var: Qardaşım, bacım, dostum, əzizim 7 ildi bu məmələkətdə fəaliyyət göstəririk, 7 ildə min “oyun”dan çıxmışıq. Bu dövlət deyilən şey görmürmü biz varıq və ya DİN, MTN, Ədliyyə NAzirliyi yatıbmı sən gəlib məndən qeydiyyatımı soruşursan. Lap tutalım biz qeydiyyatdan keçməmişik. Sənin dərdin, azzarın nədir? Əzizim faəliyyət göstər, bəhanə axtarma…  Ümumiyyətlə mən niyə kiminsə qeydiyyatına düşmək üçün, kiminsə nəzarətinə keçmək üçün çalışmalıyam?! Mən gəncəme, gənc. İmkan verin yaradıcılıq göstərim…

İkinci məsələyə gəlincə… “Dalğa”nın hardan maliyyələşməsi bilmirəm niyə bu qədər sual doğurur. Bir insan ki, təşkilatın hardan maliyyələşməsi ilə bu qədər maraqlanırsa, demək o insan iradəsinin gücünə əmin deyil. İradəsinin gücünə inanan insan maliyyə mənbəyini düşünməz, iradəsinin istədiyini edər. Bu sualı mənə verən insan sadəcə kiminsə pulu, maliyyəsi ilə işləməyə cəhd göstərən insandı və ya sadə dillə desək potesnial “satılmağa” hazır olan insandı.

Mən bir gün “Dalğa”ya qoşulanda nə maliyyəsi ilə maraqlandım, nə qeydiyyatı ilə. Mənim üçün maraqlı olan təşkilatın ideologiyası idi. Bu təşkilat nə işlə məşğuldur?! Çünki mən gəncəm, etmək istədiklərim üçün dəstəyə ehtiyacım var və uğur qazanmaq istəyirəm. Bir fərdin uğuru isə kollektiv dəstəyi ilə daha güclü olur. Mənə bu sualı verən də gəncdir, amma bizim bir fərqimiz var. O dağıdıcıdır…

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: