Şahinsiz 1 il

Oktyabr 27, 2011 tarixində, saat 4:40 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər:

Şahin Ağabəylinin ölümündən 1 il ötür… Bir il öncə səhər saatlarında mobil telefonuma gələn zəng və ölüm xəbəri… İlk dəfə xəbəri eşidəndə inanmamışdım və düzü ciddiyə də almamışdım. Çünki bunu mümkünsüz hesab edirdim. Şahin hələ yaşamalı idi. İkinci zəng gələndə isə artıq təşviş içində idim. Xəbəri dəqiqləşdirmək istəyəndə telefonuma 3-cü zəng gəldi və “Şahin Ağabəyli yol qəzasında dünyasını dəyişdi” dedilər.

Mən hələ də bu ölümə alışa bilməmişəm. Tam səmimi deyirəm. Bir zamanlar güldüyüm hadisələri Şahinin ölümündən sonra eləməyə başladım. Əvvəllər kiminsə ölümündən sonra onun şəklinin evin hansısa hissəsində saxlanmasına düzgün yanaşmırdım. Bəlkə də anlamırdım. Ancaq artıq 1 ildir ki, Şahinin kiçik foto şəkli mənim portmanatımdadır və hər dəfə ordan nəsə götürəndə bu şəkili görürəm, bəzən pis oluram, bəzən dua edirəm, bəzən isə gözümün önündə Şahinlə bağlı bütün xatirələr canlanır.

Bəli Şahin, sənin ölümün elə bir ölüm idi ki, o ölüm tək səni aparmadı, çox şeyi apardı və ən əsası BİZİ apardı. Sənin ölümündən sonra mən hər gün dərsdən çıxan Mirsalamı daha görmədim, sənin ölümündən sonra daha BİZ “5 mərtəbə”dəki kafedə yığışmadıq, sənin ölümündən sonra daha heç vaxt hamımız bir arada olmadıq…

Bilirəm, görürsən məni və nəsə zarafat eləmək istəyirsən. Axı sən bunu çox istəyirsən. Ancaq alınmır… Nəsə buna mane olur və bunun adı ölümdür.

Şahin iki ay əvvəl yeni evə köçdüm. Köçəcəyim evi heç tanımırdım, dostum tapmışdı oranı. Getməmişdən əvvəl evin yerini soruşdum. Dedi ki, Abdulla Şaiq küçəsi ilə Çingiz Mustafayev küçəsinin kəsişməsində yerləşir. Bu ünvan mənə nəyi isə xatırlatdı… Həə, axı orda sənin də evin var. Köçəcəyim yerin şəraitini soruşmadan ora köçmək qərarına gəldim. Səninlə qonşu olmaq istəyirdim. Köçdüm evə. Yerləşəndən sonra küçəyə çıxıb səni görmək istədim. Gördüm ki, yoxsan. Qonşulardan soruşdum. Onlar səni xatırladılar və dedilər ki, sən çoxdandı ora gəlmirsən… Qismət deyilmiş. Narahat olma. Təzə ünvanını tapacağam. Orda görüşərik…

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: