Bloq yazaqmı?

Noyabr 9, 2011 tarixində, saat 9:30 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bloq yazmaq həm dəb halını alıb, həm də papulyarlaşıb. Hər gün bloq açılır, hər gün bir yazı yazılır. Heç şübhəniz olmasın. Bu yaxınlarda əgər hansısa bloqçu həbs olunsa və bu söz azadlığına basqı kimi qiymətləndirilsə, hakimiyyətin qəzet jurnalistlərinə göstərdiyi mövqe kimi bir mövqe ilə tanış olacağıq: Azərbaycanda filan qədər blogger var. Bu onu göstərir ki, ölkədə plürualizm var, ifadə azadlığı var.

Bəs nə edək?! Yazmayaqmı?

Mənim üçün bloq yazmaq əslində sadəcə içimi boşaltmaqdı, demək istədiklərimi, yaymaq istədiklərimi yaymaqdı. Bəlkə də klaviatura ilə məzələnmək, bəlkə də sadəcə kayf tutmaq, bəlkə də mənfi enerjimi özümdən uzaqlaşdırıb, ətrafa yaymaqdı.

Mən sadəcə bu səbəbdən yazıram. Başqa heç bir məqsədim yoxdur. Bəlkə də hansısa azad iqtisadiyyatı olan ölkədə yaşasaydım, gündə hətta bloqa 2 post yerləşdirərdim ki, reklam əldə edə bilim. Amma Azərbaycandayıq və bunu gözləmirəm.

Yox, yox mən pessimist deyiləm, yazaq, hamımız yazaq. Bu yaxşıdır. Nəyisə dəyişə də bilərik bu yolla. Ancaq wordpress reytinqində ilk üçlüyə düşmək üçün dəridən qabıqdan çıxmayaq, 1 saat oturub mövzu axtarmaqla beynimizi zorlamayaq. Sadəcə nəsə görəndə, nəsə mövzu olanda yazaq. Bu mənim bildiyim bloqçuluqdur.

Bu yazıda da bir məsələyə toxunacam. Masallıdan dünən gəlmişəm. Bir dəhşətli mənzərə ilə rastlaşdım. Masallı Rayon Sosial Müdafiə idarəsində məmurlar ölülərin adına saxta sənəd düzəldib, onların təqaüdlərini (pensiya) alıb öz ciblərinə qoyurlar. Bununla bağlı isə geniş yazacam.

P.S. Oxuyandan sonra LİKE edin ki, wordpress reytinqində 5-6 gün ilk üçlükdə qalım. Həvəs yoxdu tez – tez yazmağa.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: