YAP hakimiyyətdən getmək istəyir

Noyabr 28, 2011 tarixində, saat 12:35 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh
Etiketlər: , , ,

Hə hə, təəccüblənməyin buna. Bu həqiqətdir. Bugunki siyasi sistemin başında oturanlar hakimiyyətdən getmək istəyirlər, sadəcə bunu rahatlıqla etmək onlar üçün asan deyil.

Bunu kim dedi?

Bunu son dövrlər yaşadığımız hadisələrin məntiqi sonluğu deyir. Ötən il ədəbiyyat üzrə nobel mükafatını perudan olan yazıçı Mario Vargas Liosa almışdı. Bilirsiz o kim idi, hansı və ya necə bir ölkədə yaşayırdı. Liosa ölkəsinin dissidenti sayılırdı, o prezidentə məktub yazaraq siyası məhbusların azadlığa buraxılmasını tələb etmişdi və bu elə bir ölkədə baş vermişdi ki, o ölkədə diktator istədiyini edir. Bizdə isə yazıçı qətlə yetirildi. Rafiq Tağının öldüyü gecə yazıçı Əli Əkbər belə bir fikir dedi: “Latın Amerikası ölkələrində belə, yazıçıya toxunmurlar”.

Həqiqətən çox ciddi məsələdir. Bu ölkədə yazıçı öldürüldü. Kimin öldürməsi məni maraqlandırmır, əsl cani tapılmayana qədər günahkar hakimiyyətdir. Ancaq bu xalq ayağa qalxmadı. Susdu, facebook-da sadəcə status yazdı.

Bu gün metroda gediş haqqı artırıldı – 20 qəpik oldu. 5 qəpik bəziləri üçün yüksək rəqəm olmaya bilər, ancaq maaşlarımızı 5 qəpik artırmayanların bunu etməsi özbaşnalıqdır.

Bu gün ölkədə çoxlu sayda gənc fəal həbsdədir (Bu sayın böyük olduğunu nəzərə alıb, rəqəmlərdə səhv edəcəyəm deyə yazmıram). Hətta yavaş yavaş onların sayını belə səhv salırıq. bu ölkədə müstəqil gənclər təşkilatları ofissizdir. Bu ölkədə müəllimlərlə 5 ay məzələnib dövlət qulluqçusu məsələsinə baxılacağını dedilər, ancaq baxmadılar.

Bu ölkədəki siyasi sistem xalq ayağa qalxsın deyə, onları hakimiyyətdən uzaqlaşdırsın deyə hər şey edir. Xalq isə hələ də “mən siyasətə qarışmıram” deyir.

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. mence ele deyil.tekce ele rafiq tagi olub.ona allah rehmet elesin.mehsur jurnalist ELMARi niye demirsen.niyr yalniz metro pulun nezerde tutursan.azerbaycanda gunde bir seyin qiymeti qalxir.sen bir etrafina bax gor insanlar ne danisirlar.duzdu narazidirlar amma ki onlarda bir hereket ve ya fealiyyet yoxdu.bizim milletin bir sozu var AZERBAYCAN MİLLETİ COX DOZUMLU MİLLETDİ bunu yaddan cixartmayaq.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: