“5 – 6 uşaq…” – 2

Dekabr 13, 2011 tarixində, saat 10:42 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Publisist Zahir Əzəmət bir neçə il bundan əvvəl bir yazı yazmışdı. O yazının adı belə idi: “5-6 uşaq…”. Yazı yazılan kimi böyük marağa səbəb oldu, müzakirələr başladı. Dediyim kimi yazı bir neçə il bunda əvvəl yazılsa da, hər dəfə gənclərə qarşı repressiyalar olanda bu yazını çoxları xatırlayır və paylaşır.

O yazını oxumayanlar narahat olmasın. Yazını burda yerləşdirəcəm və sizdə oxuyacaqsınız. Keçim öz yazıma.

Bəli biz cəmi 5-6 uşağıq. Ortada 5-6 uşaq var. Bütün işləri biz görməliyik kimi bir misiya götürmüşük üzərimizə. Cəmiyyət hər şeyi bizdən gözləyir, çox vaxt  hakimiyyət bizimlə məzlənir.

Bu 5-6 uşaq kitab da oxuyur, kitab təqdimatına da gedir, onu təbliğ də edir, aksiyaya da çıxır, flaş – mob da keçirir, video da çəkir, sevgilisi ilə də görüşür, gecə PUB-a da gedib əylənir, insanlara metroya minməyi də öyrədir, yazı da yazır, paylaşır da, sosial kampaniyalar da keçirir, işləyib pul qazanır da, hətta şərəfsizdir də.

Sonuncu sözü bilə – bilə yazdım. Bu 5-6 uşaq əslində şərəfsiz deyil, onun üçün şərəf, ləyaqət hər şeydən üstündür. O şərəfi üçün savaşır, onu qorumaq üçün, ətrafının şərəfli olması üçün mübarizə aparır, bütün bu yuxarıda dediklərimi edir. Ancaq nədənsə cəmiyyət ona şərəfsiz kimi baxır. Sankı gedib həmin insaların evində zibili də atmalı imiş, amma sevgilisi ilə mesajlaşdığı üçün bunu unudub.

Hamı, hər kəs, hər şeyi bu 5-6 uşaqdan gözləyir. Hamı istəyir ki, bu uşaqlar meydana çıxsın, hər şeyi eləsin.

Valideynləri də istəyir bunu. Ancaq validyenləri başqa bir şeyi də istəyir. İStəyir ki, bunlar kiçik bir səhv eləsin və onları danlasınlar.

Zahir Əzəmət öz yazısını belə bitirmişdi: “Bir gün bu “5-6 uşaq” – sonuncu cərgəmiz də basılsa…” Ancaq hələki basılmayıb. Üstünə çoxlu hücumlar olub bu 5-6 uşağın. Bəziləri yerlərini dəyişib, bu 5-6 uşağın sırasından çıxıb, amma yerinə başqaları gəlib və 5-6 uşaq nə artıb, nə azalıb.

Və Zahir Əzəmətin “5-6 uşağı”. Oxuyun və görün. Illər keçsə də yenə də hamı bu 5-6 uşaqdan danışır

Zahir Əzəmət

5-6 uşaq…

Biz həmişə “5-6 nəfər” olmuşuq. 10 il əvvəl də, indi də. Bir vaxtlar hakimiyyət də etiraz mitinqlərinə çıxan insanların sayını bu qədər göstərərdi. Bu gün eyni ifadələri “Dalğa”, “Ol” kimi gənclər hərəkatları, “AN” kimi şəbəkələr haqqında işlədirlər: 5-6 uşaq…

Məsələ adamların sayında deyil, əlbəttə. Maraqlıdır ki, eyni adamlar daha sonra ölkədəki bütün problemlərin həllini də bu “5-6 uşaq”dan gözləyir. Yox, gözləmir, tələb edir!

Ölkədə normal seçki keçirilmir- “Dalğa” hara baxır? Prezidentlik instututu əbədiləşdirildi- “Dalğa” niyə bunun qarşısını almadı? ADNA-da baş verən qanlı olayda “Ol” harada idi? “AN” nədən küçələrə tökülüb aksiya etmədi?…

Başa düşürəm, müxalifətin bu və ya digər səbəblərdən əl-qolunun bağlı olduğu indiki mərhələdə kütlənin diqqəti az-çox fəal olan, ictimai proseslərə (siyasi yox ha!) təkan verməyə çalışan bu “5-6 uşağa” yönəlir. Belədə toplum bütün qara daşların altına onların çiyin verməsini istəyir. Əvəzində toplum özü nə edir? Seriala baxır, çayxanada qeybət edir, köşə yazır, pivə içir…

Biz azərbaycanlıların köhnə peşəsidir: hamı hər işlə məşğuldur, amma heç kim konkret bir işlə məşğul deyil. Baxırsan ki, adam guya siyasətçidir, amma qəzetlərdə donuz qripindən tutmuş, kolbasa sexinə qədər- bütün mövzularda şərh verir. Təki adı çəkilsin… Əslində toplumun tələbatı da bunadır. Kütlə və onun boz nümayəndələri hamıdan hər şeyi tələb etməyi sevir. Müsavatın, AXCP-nin, VHP-nin, nazirliklərin, hətta JEK-lərin görməli olduğu işi “5-6 uşaq”dan tələb edir.

Həm də təkcə tələb etmir, hələ yol da göstərir: belə et, elə et…

Kütlə həmişə eybəcər olub. Kütlə həmişə güzgüyə baxmaqdan qorxub. Baxsaydı, özünə də sual verər, özündən də tələb edərdi. Etmir. Ona “mız” qoymaq daha rahatdır.

Ölkədə etiraz enerjisini öldürən yalnız hakimiyyət deyil. Həm də kütlədir. Çünki öz içində bu enerji yoxdur. Kimin də azacıq başını qaldırdığını, tərpəndiyini görsə, onu basıb əzmək, çığnamaq istəyəcək. Belə bir manyakdır bizim əziz, sevimli, mənasız və boz kütləmiz.

Nə yaxşı ki, bu “5-6 uşağın” başını hələ yeyə bilməyiblər. Nə yaxşı ki, hamının “hır-hır” və “zır-zır”la məşğul olduğu indiki vaxtda onlar nəsə etməyə çalışırlar. Nə yaxşı ki, yatıb-durub bəziləri kimi indeyski xəyallar quran bataqlıq romantiklərinə çevrilməyiblər.

Bir gün bu “5-6 uşaq” – sonuncu cərgəmiz də basılsa…

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: