Etiraf )))
Dekabr 14, 2011 tarixində, saat 11:52 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 4 ŞərhEtiketlər: Etiraf, Ramin Ha, Əli Kərimli, İsa Qəmbər
Hərə öz bloqunda etiraf edir və bunu başqasından da istəyir. Xanım Yadigarlı öz bloqundakı etiraflardan sonra estafeti mənə ötürüb. Maraqlı kampaniyadır və səmimiyyəti artırır.
Başlayım etirafa:
P.S. Bəzi etiraflarımda elə anlar olacaq ki, məzələnməyimi düşünərsiz. Ancaq elə dəyil, məcburən belə yazıram.
1. Etiraf edirəm ki, mən İSNANAM. Bəziləri məni və mənim kimilərinə İnsan gözü ilə baxmasalar da, bizi aşağılamağa çalışsalar da, ancaq bu belədir.
2. Etiraf edirım ki, unuiversitetə mal – qara otara – otara hazırlaşmışam.
3. Etiraf edirəm ki, mənim ictimai sektorda fəal olmağıma səbəb atamdır. Sonuncu dəfə məni pessimist görəndə demişdi ki, Karl Marks deyir ki, fəhlənin zəncirdən başqa itirməyə heçnəyi yoxdur. Get mübarizə apar. Qazanacağın uğur haqqında düşün, itirməyə heç bir şeyin yoxdur.
4. Etiraf edirəm ki, əvvəllər mən də “məhlə uşağı” olmuşam. Hətta toyda meyxana deyib, pul da qazanmışam.
5. Etiraf edirəm ki, 7 ildir ailəmdən ayrı yaşasam da indi də atamın zəhmindən qorxuram və o zəhmi sevirəm həm də.
6. Etiraf edirəm ki, cəmiyyət içində ağlamağı, kövrəlməyi çox istəməsəm də, tək olanda ağlamağıma sərhəd qoymuram.
7. Etiraf edirəm ki, Dalğa Gənclər Hərəkatı mənim həyata baxışımı ən azı 120 dərəcə dəyişib. Mən bu hərəkata qoşulandan sonra əsl gəncliyin nə olduğunu anlamışam.
8. Etiraf edirəm ki, Azərbaycan siyasətində ateistəm.
9. Etiraf edirəm ki, ictimai sektordan bəzən iyrənirəm.
10. Etiraf edirəm ki, uşaqlığım üçün çox darıxıram.
11. Və etiraf etməyə ehtiyac yoxdur ki, Ramin Hacılıya böyük insan kimi baxıram. O mənim üçün dahidir.
İstərdim növbəti etirafı öz bloqunda İsa Qəmbər və ya Əli Kərimli etsin.
4 Şərh »
RSS feed for comments on this post. TrackBack URI
Bir cavab yazın
WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entries və şərhlər feeds.
Belə baxıram atan da böyük insandır.
Comment by Emil Baghirov— Dekabr 14, 2011 #
Men de ele dusunurem ))
Comment by pervizazimov— Dekabr 14, 2011 #
Maraqlı Pas atdın ha 🙂
Comment by Mələk— Dekabr 14, 2011 #
[…] Pərviz Əzimov […]
Pingback by Etiraf edən Bloggerlər… (Siyahı) « Etibarlı Mənbə…— Dekabr 21, 2011 #