Hamının məsuliyyəti – Sosial məsuliyyət

Dekabr 17, 2011 tarixində, saat 9:23 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Çox qəribə səslənsə də bu anlayışla ilk dəfə Azərbaycanın çəkdiyi bir seriala baxarkən tanış olmuşam. O vaxt “Bəyaz həyat” adlı serial yayımlanırdı. Filmin adı ilə eyni adı olan süd firması gəlirlərinin 50 faizini uşaq evinə verirdi. Həmin filmdə bir neçə dəfə sosial məsuliyyət ifadəsini eşidəndə düşünürdüm ki, mən də nə vaxtsa firma sahibi olsam sosial məsuliyyətimi yerinə yetirəcəm.

Zaman keçdikcə isə bu məsuliyyəti yerinə yetirmək üçün pullu, imkanlı və ya şirkət sahibi olmağın vacib olmadığımı öyrəndim. Bu elə bir məsulıiyyətdir ki, onu hamı yerinə yetirə bilər.

Bəzən hansısa sosial, xeyriyyə kampaniyalarına qoşulmayanda belə bunu etmək mümkündür.

Sosial məsuliyyəti küçədə, metroda, avtobusda və digər yerlərdə, hətta ailədəki insanların üzünə təbəssüm etməklə yerinə yetirmək olar. Bu onlara pozitiv eterji verəcək.

Sosial məsuliyyəti yerinə yetirmək üçün uşaq evinə getmək vacib deyil. Bu məsuliyyəti şəhərdə yerə atılmış bir tullantını zibil qabına atmaqla da yerinə yetirmək olar.

Sosial məsuliyyət hamın məsuliyyətidir. Hətta fiziki qusurlu insan belə bunu yerinə yetirə bilər. Sağalaraq, yaşamaq mübarizəsi apararaq, bununla başqasına da mübarizə əzmi bəxş edərək sosial məsuliyyəti yerinə yetirmək mümkündür.

P.S. Söz yerinə düşər. Bu gün saat 15:00-da Bakıda gülmək və şar aksiyası var. İştirakçılar uşaqların üzünə gülüb, onlara şar hədiyyə edəcəklər. Məncə bu da bir fursətdir… 🙂

Yazı “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin “Sosial məsuliyyət və sən 2” layihəsi çərçivəsində yazılıb.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: