Cabbarın azadlığı, bir ananın sevinci və hakimiyyət sevgisi

Dekabr 27, 2011 tarixində, saat 12:56 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: ,

Dünən Cabbar Savalanlının azadlığıa buraxılması haqqında xəbər yayıldı. Hamı sevindi, ən azından insan sevgisinin nə olduğunu bilən hamı. Təqribən 2 saat sonra isə xəbər yayıldı ki, Cabbar artıq evdədir. Vəkil Anar Qasımlı ilə əlaqə saxlayıb Cabbarla danışmaq istədiyimi dedim və qısaca danışdıq. Səsində mətnlik var idi Cabbarın. Uzun danışmadıq, qısaca hal – əhval tutub tezliklə görüşərik dedik.

Bu gün Cabbargilin evində çəkilmiş video ilə tanış oldum. Duzu emosiyasız baxmaq mümkün olmadı. Cabbarın azadlıq xəbərini eşidən ananın sevincini siz də gördünüzmü? Mən gördüm, çünki o ananın üsyanını da görmüşdüm. Cabbar həbs olunarkən etdiyi üsyanı.

Bəs görəsən bunu siz də gördünüzmü cənab Prezident? Gördünüzmü bir ananın övlad sevgisi nə deməkdir? Bu dünyada bundan gözəl an varmı? Mən hələ ki, bundan gözəl anı görməmişəm.

Bəs sizcə, sizcə sahibi olduğunuz o mülk, o mal, o hakimiyyət Cabbarın anasının sevgisindən dahamı üstündür, ona sahib olmaq, o sevinci yaşayan insanı görməkdən dahamı gözəl hissdir? Mən inanmıram və ya bu mənim üçün belə deyil.

Bilirsiz cənab Prezident, o sevinc hissini yaşamaq anını neçə ana gözləyir?! Bəxtiyarın, Turalın, Əhədin, Elnurun və başqalarının azadlıqda olması bu qədərmi təhlükədir hakimiyyətiniz üçün ki, o hissin yaşamasına belə imkan vermirsiz?

Bilirəm bu suallara cavab verməyəcəksiz, heç bəlkə də oxumayacaqsız bunu, ancaq bu suallar vicdan məhbusları üçün vicdan suallarıdır.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: