Bizə meyxana lazımdırmı?

Yanvar 22, 2012 tarixində, saat 8:43 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 10 Şərh

Adətən nəyi isə isbat edəndə tarixi faktlara əsaslanmağa üstünlük verilir. İnsanlar sübüt eləmək istəyir ki, filan adət tarixdə bu formada olub, biz bunu belə eləməliyik. Meyxana haqqında yazılan yazılarda da bu tip hallara çox rast gəlinir. Bəziləri hətta meyxananın vacibliyini sübut etmək üçün onu replə müqayisə edir və iddia edir ki, dünya da meyxananın başqa formasından istifadə edir. Bəziləri Əliağa Vahiddən misal gətirir, bəziləri isə Azərbaycanda meyxanaın əsasını qoyan Atoppa alı bir naməlum şəxsdən və onun meyxana ilə cəmiyyətə verdiyi xeyrlərdən danışır (?).

Hətta meyxanaın Azərbaycanın tarixi sərvəti olduğunu, onu bizdən daha yaxşı kimsənin deyə bilmədiyini sübüt etmək istəyənlər deyirlər ki, Əliağa Vahidin meyxana vasitəsi ilə bütün İran şairlərini “bağlayıb”.

Mən isə bütün tarixi faktları öz beynimdə yandırmaq istəyirəm, onlardan tez qurtulmaq üçün hətta onların üstünə tez alışdıran maddələr töküb daha tez yanmasına şərait yaradıram və gəlirəm təcrübəyə.
Bəlkə də məni tanıyanların çoxu üçün qəribə və maraqlı olar, ancaq qeyd edim ki, bir neçə il mən də “meyxanaçı” olmuşam, toylarda meyxana demişəm, hətta necə deyərlər meyxana ustaları adlanan, Aydın Xırdalanlı, Nicat Mənalı, Etiram və İntiqam qardaşları və digərləri ilə toylarda meyxana demişəm. Sadə dildə desək, deyişmişəm, pul da qazanmışam.

 

Bəs o dövlərdə mən kim idim, nə işlə məşğul olurdum?

Düzü meyxana deməyə başladığım ilk vaxtlarda abituriyyent idim, universitetə hazırlaşırdım, daha sonra universitetə daxil oldum və bu II kursda oxuduğum dövrə qədər davam etdi. O zamanlar mən dərslərimi oxuyurdum, imtahanlardan normal qiymət alırdım… Sadəcə bu. Demək olar ki, başqa heç mütaliə etmirdim, etdiyim mütaliələr də Çingiz Abdullayevin dedektiv əsərlərdən o yana keçmirdi. Bütün günüm dərsdə və çayxanada keçirdi. Evimizdə gecələr yalnız qafiələrlə danışıb, meyxana deyirdik. Cümə gecələri isə “De gəlsin” verilişini səbirsizliklə gözləyirdik.

Bir müddət təsadüf nəticəsində “meyxanaçı həmkarlarım”dan uzaq qaldım və o dövr məni meyxana mühitindən tamam uzaqlaşdırdı. 10-cu sinifdə yarımçıq oxuduğum Dostayevskinin “Cinayət və Cəza” romanını başaldım oxumağa, sonra Qurban Səidin “Əli və Nino” romanını oxudum, sonra “Ovod”u oxudum və özüm – özümdə anladım ki, mən tamam başqa bir səmtə gedirəm. Sonra, “Karamazov qardaşları”, Kafkanın “Atama məktub”u, müxtəlif antalogiyalar, Heygelin dilaektikası, Ağalar Məmmədovun yazıları, Seymur Baycanın, Əli Əkbərin kitabları, “Alma” qəzeti və s.

4-5 ay sonra isə yenidən mütəmadi meyxana dediyim insanlarla bir yerə toplaşdıq. Nədənsə meyxana demək keçdi ürəyimdən. Oturduq, qafiyə açdıq, başladıq deyişməyə. Ancaq ilk beyitdəcə hiss elədim ki, nəsə alınmır. Əgər bir zamanlar meyxana deyərkən Dədəq Qorquddan, Qazan Xandan, Beyrəkdən, Qatır Məmməddən misallar çəkib hamının diqqətini cəlb edirdimsə, indi meyxana deyəkən Dostayevskidən, Kafkadan, filisoflardan misal çəkmək istəyirəm, ancaq bu fikirləri meyxanaya sığışdıra bilmirəm, utanıram onları meyxanada işlətməkdən, özümdən utanıram, Dostayevskidən utanıram, Kafkadan utanıram, məni kimsənin anlaya bilməməsindən qorxuram.

Bu zaman anladım reallığı. Azərbaycanda meyxana deyən insanlar, onu dinləyən insanlar, “xridarlar” heç vaxt ciddi kitablar oxuya bilməz, heç vaxt Fizuli şeyriyyatından o tərəfə keçə bilməz. Çünki fəlsəfi baxışları olan insan, dünya klassiklərini oxuyan insan, art mədəniyyətin nə olduğunu bilən insanın daxilindəki nəsə ona imkan verməz ki, o meyxana desin, onu dinləsin.

Kiçik bir müqaisə aparacağam. Diqqət edək! Elmi fəaliyyətlə, yaradıcılıqla, məşğul olan bir insan göstərin ki, o meyxana deyir və ya meyxana “xridarıdır”? Nobel, Oskar mükafatı almağa, Kann festivalında qalib olmağa bir iddialı insan göstərin ki, o meyxanaya qulaq asır. Mümkün deyil. Çünki meyxana sənə olduğun kiçik mühitdən və düşüncədən kənara çıxmağa imkan vermir. Sən meyxana deyirsənsə deməli boş və mənasız sözlər işlətməyə məhkumsan. Heç vaxt meyxanaçı öz meyxanasında Aristoteldən misal gətirə bilməz, Lermantovdan qafiyə deyə bilməz, o beytə, rəvayətə Çexovun hekayəsini sığıdra bilməz və bu vaxta qədər də heç kim buna cəhd belə edə bilməyib. Bu səbəbdən də həmin insanlar sadə atalar sözləri ilə kifayətlənməyə və bayağı sözhbətlər etməyə məhkumdurlar.
Fikir isə elə bir şeydir ki, sən onu yalnız həyatıvın bir hissəsinə, bir anına tətbiq edə bilməzsən. Əgər meyxana deyəndə o fikirlərdən istifadə edirsənsə və ya meyxana dinləyəndə qulağın o sözləri eşidirsə, deməli sən bundan tam ayrılmayana qədər o fikirlər sənin beynində qalacaq, bəlkə də ayrılandan sonra da bir müddət sənin yaxavı buraxmayacaq.

Meyxanın bizə lazım olub – olmadığını məndən soruşsalar mən qətiyyətlə lazım deyil deyərdim. Çünki hələ də meyxananın mənə verdiyi mənfi enerjidən, bayağı sözlərdən qurtula bilmirəm.

P.S. Meyxana deyənlərin və onun dinləyicilərinin böyük əksəriyyəti dindən danışır və dinin qadağan etdiyi narkotikdən istifadə edir.

Advertisements

10 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Qaqa, men hec senin fikirlerin ile razi deyilem!! Sen birini o birisi ile qarishdirirsan: meyxanaya ona gore qulaq asirlar ki boshalsinlar, bir az istirahet etsinler; ona gore de felsefe oxuyan insan meyxana deye bilmez!!))))) Hemen ki avropalilar, pop musiqisini fikirleshibler, onda ne oldu avropalilar da ciddi olmadilar?))) indi repi men misal getirmirem ona gore ki repi avara-narkoman qaralar deyir Amerikada)))

  2. Bow sobetdi……!!!! Meyxana qedim doverden olub olacag daaaa!!!

  3. SALAM QAQAS TOXUNDUGUN MOVZU MARAGLIDIR BIRDE KI QAQASIM SENNEN SOZ SORUSUM SEN OZUN HARDA QALIRSAN ?

    • Salam. Bakıda.

  4. Meyxana haqqında yaxşı yazı təqdim etmisiz. Amma istərdim ki, öz fikirlərimi əlavə edim və müəllifdən cavablarımı alım. Mən meyxananın dinləyicisiyəm. Siz ikinci kursda meyxananın bayağı olduğunu bilib aralanmısınız. Amma mən hələ də dinləyirəm. 4 il bakalavr, 2 il magistratura, 3 il də aspiranturada dinləmişəm və yenə də dinləyirəm. Meyxananın səviyyəsi yüksək deyil, amma bizim indiki pop musiqimizi dinləməkdənsə, meyxana dinləmək faydalıdı. Vüqarın rayonlar, rəqslər haqqında meyxana klipi çox dəyərlidir və uzun illər də dinləniləcəkdir. Siz yazmısınız ki, meyxanaçıların düşüncəsi Füzuli şeriyyatından o yana keçə bilməz. Məgər Dostoyevski Füzulidən o yandadı? Əliağa Vahid poeziyasını məgər zəifdi? Yox, zəif deyil. Sadəcə olaraq mən belə başa düçdüm ki, Siz meyxanadan daha çox şey gözləmisiniz və ala bilməmisiniz. Bununla razıyam. Amma mən düşünürəm ki, meyxananın sonrakı mərhələsi qəzəl aləmidir. Əgər meyxana sizə bayağı gəlirsə, qəzəl oxuyun. Nizaminin qəzəlləri Dostayevskinin əsərlərindən dəfələrlə güclüdür. Mən bunu, hər ikisini oxumuş insan kimi deyirəm. Yazırsız ki, “Nobel, Oskar mükafatı almağa, Kann festivalında qalib olmağa bir iddialı insan göstərin ki, o meyxanaya qulaq asır”. İnanın ki, belə iddiada olan insanlar da belə meyxanaya qulaq asır. Amma boş vaxtlarında və ciddi meyxanaçılara.

  5. Qaqawim teki bunu butun meyxana deyenler ve ona qulag asanlar ewitsin belke onda hec olmasa meyxanadan uzqlawarlar!!!

  6. Yaxshi yazidir, yaxshi fikirdir. Teesufki, telesik yazilib. Hem publisistik baximdan hem de fikir baximindan natamamliq var. Ugurlar Perviz bey.

  7. Meyxana var. olub ve olacagda….Xoshna gelmiyenler getsun ASHIGLARA gulag assun

  8. Salam! senin isin-gucun yoxdu?

    • Ele onun ishi gucu bizleri ayiltmaqdir daaa.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: