İlqar Mikayıloğlunun “Jurnalistikası” və “Günəbaxan məktəbi”

Yanvar 25, 2012 tarixində, saat 12:11 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh
Etiketlər: , , , , , , , , , ,

ANS telekanalında yayımlanan “Günəbaxan” verilişində son günlər qalmaqalla nəticələn hadisələr baş verir. Bir neçə gün bundan əvvəl “Günəbaxan” homoseksualların Bakıda baş tuta biləcək paradı haqqında veriliş hazırladı. Rəşid Mahmudov verilişdə hay – küy qopardı, özü də bilmədi nə dedi və s.

Bir neçə gün sonra isə verilişdə taksi sürücülərinin problemlərinə həsr olunmuş “müzakirə” aparıldı. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun və taksi sürücülərinin bir qisminin iştirak etdiyi debatda taksi sürücülərindən birini zaldan qovmaq istəyən aparıcı İlqar Mikayıloğlu qəribə mənzərə ilə rsatlaşdı. Sürücü həmkarları da qovulana qoşulub studiyanı tərk etdi. Efirdən insan qovmaq “Günəbxan”ın tarixində var. Samir Turan İbrahimov da bu verilişdə aparıcı olanda özünün dəvət etdiyi qonağı qovmuşdu. Sonuncu hadisə baş verən gün isə mediada bu məsələyə ciddi yer verildi, jurnalistlər xəbər yazdı, müəllif yazıları yazıldı, video yayıldı və bir sözlə “İlqar Mikayıloğlu biabrçılığı” gündəmi bürüdü.
2 gün əvvəl isə ANS-in “Günəbaxan”ında bu olayın mediada necə işıqlandırılması müzakirə edildi. Güya bunlar həqiqətin necə olduğunu aydınlaşdırmaq istəyirdilər. Ekspert kimi dəvət olunmuş qonaqlara diqqət edin: ANS TV “İçxəbər” verilişinin aparıcısı Ləman xanım, ANSPRESS-in redaktoru Çingiz bəy və səhnəmizin nəyisə olan müğənni Almaz xanım. Dəhşət!!! Veriliş boyu bu haqda məlumat yazan medianı “yıxıb – sürüdülər”, hamını tənqid etdilər. Dedilər ki, bunları yazanlar obyektiv deyil, tərəflərin fikirləri öyərnilməyib və s. və ilaxır. Amma özləri tərəflərdən heç birini həmin verilişə dəvət etməmişdilər. Hətta bildiyimə görə, “Yeni müsavat” və “Azadlıq” qəzetinin əməkdaşlarına əvvəlcə zəng edib deyiblər ki, verilişə dəvətlisiz, sonra isə deyiblər ki, veriliş təxirə salındı və gələməyin.

Budurmu sizin jurnalist etikanız, dəqiqliyiniz, qərərsizliyiniz, vicdanlılığınız?

Aparıcı deyir ki, Zeynal Məmmədli qəzetə açıqlama verib, amma mən inanmıram bu sözləri o deyib. Və qeyd edir ki, onun Zeynal Məmmədliyə böyük hörməti var. Məslələ belədir: Qəzetlərin biri Zeynal müəllimdən bu məsələ ilə bağlı fikrini öyrənib, o da deyib ki, normal telekanal olsaydı buna görə hətta fəaliyyətini dayandıra da bilərdi. Bəzi hallarda isə veriliş saxlanılıb, aparıcı başqası ilə əvəzlənə bilərdi.

İlqar da bunun yalnış olduğunu sübüt etmək üçün özü səhnədən getdi və tamaçılardan birini çağırdı ki, gəl verilişi sən apar görüm apara bilirsənmİ? Bu nə deməkdir? Bu o deməkdir ki. ANS-də jurnalist problemi var, ya da İlqar hörmət etdikırinin hamısının məsləhətini belə lağ – lağa ilə qarşılayır. Axı özü demişdi Zeynal Müəllimə böyük hörməti var.

Sonra efirə Qafqazinfo.az xəbər potalının baş redaktoru Elbrus Ərud telefon vasitəsi ilə qoşuldu. Qeyd edək ki, “Qafqazinfo” bu olayla bağlı ilk xəbər yayan saytlardan biridir. Aparıcı Elbrus bəydən soruşdu ki, niyə bizim mövqeyimizi öyrənmədən xəbəri vermisiz. Elbrus bəy  cavab verdi. Sonra dedi ki, siz bizim vasitəmizlə reytinqinizi qaldırmaq istəyirsiniz və telefon xəttini kəsdilər. Yəni öz mövqeyinin işıqlandırılmadığını iddia edən jurnalist, başqa jurnalistin mövqeyini dinləmədən əlaqəni kəsdi. Deyəsən bunu anlayıb, Elbrus Ərudla 2-ci dəfə əlaqə saxladılar. Amma yenə eyni mənzərə, yenə İlqar öz sözünü dedi və əlaqə kəsildi. Budurmu etika, buturmu tərəfsizlik və İlqar hələ də xəbər siyasətinin nə olduğunu anlamırmı? Dünyada “Fox Tv” və “CNN” fərqinin nədən ibarət olduğunu bilmirmi? “Fox”un siyasəti budur ki, xəbərin natamam olamsından asılı olmayaraq, əsas olan onu ilk çatdırmaqdır və vaxtilə 11 sentyabr hadisəsini də ilk yayımlayan, xəbərin mahiyyətini şərh edən “Fox” olmuşdu. “CNN”-nin siyasəti isə budur ki, xəbər dəqiqləşməlidir, geciksə belə dəqiq xəbər verilməlidir. Azərbaycanda da müxtəlif media qurumları arasında bu tip fərqlərin olması normal deyilmi?
İlqar Mikayıloğlu iddia edir ki, o hər şeyi düz edib və peşəkar jurnalist belə olmalıdır. O zaman mən xatırladıram. Bir neçə il bundan əvvəl “Birlik kuboku”nun finalında “Xəzər Lənkəran” oynayırdı. Ouyunun şərhçilərindən biri də İlqar idi. “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Poldaov qəflətən hucma keçdi və rəqib qapısında gərginlik yaşandı. Jurnalist İlqarın şərhi isə belə olmuşdu: “Ruslan Poladov hücuma keçməklə rəqib qapısı qarşısında pox qaynatdı”. Budur efir mədəniyyəti? əgər bunu inkar etmək istəyirlərsə, o zaman ANS TV-nin arxivindən həmin oyunu tapıb bir də baxsınlar.

Futbol demişkən. Mən İlqarı aparıcı kimi tanıyandan o aparıcı kimi 4 fərqli formatda olan verilişin aprıcısı olub. 1. Futbol şərhçisi 2. “İçxəbər”in aparıcısı, 3. “Dissident”in aparıcısı, 4. “Günəbaxan”ın aparıcısı. Bu isə ondan xəbər verir ki, bu adam jurnalistikada hələ özünü tapa bilməyib.

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. biraz ferqli yanawmadir.Ilqar evvel tamam ferqli aparici idi,mence ‘Gunabaxan’a gelmeyi boyuk sehv oldu.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: