İctimai sektora gələnlər

Fevral 8, 2012 tarixində, saat 12:27 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 5 Şərh

Son dövlər ictimai sektordakı durumla bağlı narazılıq həddindən artıq çoxalıb. Bu narazılıqlar 2 müstəvidə aparılır. Bir filankəs qorxaqdı , 2 ictimai sektorda sadə dildə desək QJ-ların sayı artıb. Birinci məsələyə toxunmayacam. Çünki bu söhbət ta qədimi dövriyyədən var. Bu QJ söhbəti isə yeni – yeni yaranmağa başlayıb. Mən də razıyam. Bu “ictimai sektor”dan bəzən iyrənirəm. Çox qəribə insanlar peyda olub burada. Yalnız söyüş söyməklə özünü dahi sayanlar 4 yanımızı bürüyüb. Ömründə dünya ədəbiyyatından 1 kitab oxumayanlar, fəlsəfənin heç dialektikasını belə bilməyənlər dühalıq iddiasına düşüb.

Bəs bunun səbəbi nədir və onlar niyə bu sektorda olmaq istəyirlər?! Mən ictimai sektora son 3-4 ayda qoşulanları özlüyümdə 3 qrupa bölmüşəm.

1.    “Am var dedilər gəldik” seriasından gələnlər. Bunlar yeni qoşulanların təqribən tən yarısını təşkil edir. Bir zamanlar “qaqaş” dediklərimiz, öz “qaqaş”lıqlarını saxlamaqla bizim aramıza qatılmağa cəhd edir və bir çoxları da onları qəbul edir. Bu tip insanları öz təşkilatlarına üzv edənlər hələ də bilmirlər ki, onların verə biləcəyi heç bir xeyr yoxdur. Səbəbini isə birazdan açıqlayacam.
2.    Bekəraçılıqdan gələnlər. Bunlar yeni gələnlərin təqribən 35 faizini təşkil edir. Bu insanlar birincilərdən çox fərqlənməsələr də qismən onlardan daha aktiv olurlar. Sadəcə bu insanların çox az hissəsi sonradan bu sektorda qalır, özlərini təsdiq edə bilir.
3.    Həqiqətən də, nə etmək istədiyini anlayanlar, ətrafında baş verənlərdən narahat olub, nəsə töhvə verə biləcəklərini düşünüb gələnlər.

1-ci hissəyə aid olanları öz aralarına qəbul edənlərin nə düşündüklərini həqiqətən də anlamaq olmur. Bu insanları qəbul edənlərin isə özlərinə yeni düşncəli lider deməsini ümumiyyətlə qəbul etmək mümkün deyil.

Əzizlərim bir reallıq var, o da budur. Bilirəm ki, sizlər (onları qəbul edənlər) bu ölkədə hansısa inqilabi dəyişiklik istəyirsiz. Ancaq anlamaq lazımdır ki, bu inqilabları heç vaxt kütlələr etməyəcək, artan saylar etməyəcək, bunu yalnız cəmiyyətin düşünən beyinləri edəcək. Bunlar isə cəmi 10 faiz və ya bundan da az bir hissəini təşkil edir. Qalanları isə sadəcə bu inqilabın vizual görüntüləri olacaq və bu görüntülər təşkilatlanma zamanı kənarda qalmalıdır. Çünki biz belə etmişik.

Mən tam əminliklə deyə bilərəm ki, üzvü olduğum Dalğa Gənclər Hərəkatı bu ölkədə inqilab etmiş təşkilatdır (İnqilabın nədən olduğunu anlamayanlar o QJ-lardır, ancaq yenə də istəsələr bunu onlara izah edə bilərəm). Bu inqilab tam bitmiş olmasa da, artıq insanların bir çoxlarının beynində baş verib. Ancaq biz bu inqlabı o QJ-lar olmadan etmişik və sizlər də bunu yalnız bu formada bacaraqsınız. Ana – bacı söhbəti edənləri öz aranıza qatmaqla, say artırıb inqilab edə biləcəklərini düşünənlər isə əmin olsunlar ki, heç nəyi bacarmayacaqlar.

Advertisements

5 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Pərviz, adamları dəyişmək olur, ona görə də məncə 1-ci punktda nəzərdə tutduğun adamları da dəyişmək mümkündür. Dalğa beyinlərdə inqilab edə bilibsə deməli bu insanların da beyinlərində inqilab edə bilər. Sən necə belə ayrıseçklik edə bilərsən adamlara xüsusən də gənclərə qarşı. Bu onları dəyişməyəcək, yalnız onlarda sizə bizə qarşı aqressiya yaradacaq. Məncə gənclər birlikdə olmalıdırlar. İndidən bir-birinizi qırsaz gələcəkdə nə olar? Səncə bir lider insanları birləşdirməlidir? Yoxsa onlara arasında ayrıseçkilik salmalıdır?

    • Jalə, mən sənilə razıyam qismən, amam məsələ bundadır ki, artıq bu ictimai sektorun o QJ-lara görə, öz tərzini dəyişmək üzrədir. Adam bir kafedə oturmaqdan utanır artıq. İnsanlar Azadlıqlarının nə olduğunu belə birlmirlər.

      Fikir bildirdiyinə görə, təşəkkürlər ))

      • Qadan alım, bilmirlər öyrədin, “maarifləndirin”. Bəs siz nə üçünsüz? 🙂 Buyur 🙂

  2. Ela Pərviz 🙂

  3. Mence de Parviz teskilatlarin missiyasi o olmalidir ki, ne ucun İctimai sektora geldiyini bilmeyenlere nelerise oyretsin. Dalganin Demokratiya mektebi az sey oyretmirdi İctimaiyyet qarsiinda cixis etmek, debat, qarsiliqli muzakire, eylence bunlari bir teskilat olaraqverdiniz. Makarenko butun bir cinayetkar koloniyadan oz pedoqoji üslubu ile necib insanlar boyutdu. Mence sen bloqunda bir hisseni de teskilatlarin fealiyyetine yoneldib tenqid etseydin yaxsi olardi.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: