Bakcell-ə nekroloq

Fevral 29, 2012 tarixində, saat 8:47 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 5 Şərh
Etiketlər: , , , ,

Teomanın məşhur mahnısı olan “Sevdim səni bir kərə” mahnısında ikinci cümlə fərqli olsaydı, böyük həvəslə gedib onu “Bakcell”in ofisinin önündə oxuyardım. Həqiqətən də mən bu opreatoru çox sevmişdim. Onu Azərbaycandakı şirkətləri arasında ən kreativ, ən cəsarətli marketinq siyasəti olan şirkət hesab edirdim.

Sizə rahat gəlməsin. 2003-2004-cü illərdə düşüncələrin dartışdığı zamanda “Azərcell” böynubükük halda dəyərlərdən filan danışanda, “Bakcell” “Dəyişək, inkişaf edək” demişdi. Bu sloqan çox ciddi bir mesaj daşıyırdı özündə.

 

Daha sonra isə özü reklam verən şirkət ola ola, bütün reklamların mənasız olduğunu iddia etmişdi. Yəqin xatırlayırsız. “Bakcell”in loqosu hər reklam fasiləsinin sonunda görünürdü və belə bir ifadə işlədilirdi: Reklamlar bitdi, seyrə davam… Bu da bir cəsarət idi, bir yenilik idi. Çoxları bacarmamışdı bunu.

0.facebook.com xidmətini də yəqin çoxlarınız xatırlayırsız. Bütün “Bakcell” abunəçiləri facebook sosial şəbəkəsinə pulsuz formada rahat daxil ola bilirdi. Bu xidmət sonradan məhdudlaşdırılsa da ancaq zamanında vətəndaş jurnalistikasına dəstək olmuş kampaniya olub.

Son 2-3 ayda da “Bakcell”in 2 kreativ işinin şahidi oldum. Biri 3Gmax-la bağlı çəkilən reklam idi, digəri isə “CİNeration” paketinin hazırlanması. Kapmaniyanın adı çox uğurlu seçilmişdi.

Bütün bunlar haqqında danışda, bir dostum deyirdi ki, bu bir yəhudi cəsarətidir.

Bu gün səhər işə gələndə oxuduğum ilk xəbərlərdən biri də “Bakcell”ə bağlı oldu. Xəbərin mətni belə idi: Bakcell mobil operatoru hakim Yeni Azərbaycan Partiyası üzvlərinə ayrıca tarif paketi təklif edir. Elanda deyilir ki, YAP üzvləri üçün aylıq abunə haqqı 55 qəpik, ölkə daxili zənglərin 1 dəqiqəsi 5 qəpik, partiya üzvləri arasında danışığın qiyməti isə 2 qəpikdir. Digər abonentlər üçün isə standart paketdə bir dəqiqə danışığın qiyməti 8 qəpikdir.

Oturub “Bakcell”in bir əvvəlki kampaniyalarını düşündüm, bir bu kampaniyanı düşündüm. Bir formada ad vermək istədim buna, şirkəti buna vadar edən səbəbləri tapmaq istədim. Ancaq ağlıma bir şey gəlmədi. Bu addımı konkretləşdirmək olmaz, buna konkret ad vermək olmaz. Bunun adı ayrıseçkilikdir, bunun adı kreativlik və cəsarətin ölümüdür, bunun adı yaltaqlıqdır, bunun adı insanları alçatmaqdıq.

Ölkədə normal rəqabət olduğu halda “Bakcell” belə bir addım atsaydı, istədiyi partiyanı, ideologiyanı dəstəkləyə bilərdi. Ancaq indiki ictimai – siyasi rəqabət mühiti axı hamıya məlumdur, hamı bilir ki, burada bir anormallıq var.

Ancaq məsələ bundadır ki, normal rəqabətin olduğu bir zamanda “Bakcell” heç vaxt belə bir addım atmazdı. Müşətirlərə qarşı diqkriminasiya nəticəsində bazardakı yerini itirə bilərdi. İndi isə bundan çəkinmir, əziyyət çəkmir, çünki ölkədə normal bazar yoxdur.

Nəsə. “Bakcell”də belə getdi. Gedənin, ölənin dalınca danışmazlar deyirlər. Ancaq biz danışırıq. Çünki bizim ölkədə gözəl bir “Bakcell” olub və bizə başa salıb ki, streotipləri qırmaq lazımdır, dəyişmək, inkişaf etmək lazımdır.

Advertisements

5 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. xosum geldi, gesengdir, men de bu xebere teeccublenmisdim

  2. Bakcell: Reklamlar bitdi, oğraşlığa davam.

  3. mən bir comment yazardım amma yaza bilmədim :)) qəşəy yazıdı :))

  4. Ama bu bütün şirkətlər üçün acıq olan birşeydi. BP üçün də oxşar tarif var. Ama qəşəng yazıdır.

  5. bu bütün şirkətlər üçün olan tarifdi.BP üçün də var.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: