Səmimi olmayan bayram – 8 mart

Mart 7, 2012 tarixində, saat 10:23 səhər | Kateqoriya:Kateqoriyasız | 3 Şərh
Etiketlər: , , ,

8-ci sinifin dərsləri 1 həftə olardı bitmişdi. İmtahanqabağı hamımız orta məktəbin həyətində yığışmışdıq. Xəbər yayıldı ki, sinifimizin ən arıq, ən balaca (bədəncə) qızı üçün elçi gəlib. Bu xəbər hamıda maraq douğurdu. İçi mən qarışıq, oğlanlar az qala “qardaş” obrazı alacaqdı. Digər tərəfdən də sevindik.

Bu vaxta qədər bizdən yuxarı siniflərdə oxuyanların sinif yoldaşlarının toyuna getmələrinə həsədlə baxmışdıq. Nəhayət bu iş xeyirlisi ilə həll olunsaydı biz də sinif yoldaşımızın toyuna gedərdik, bizə də toy dəvətnaməsi gələcəkdi. Həmin il 3 imtahanımız var idi. Gözlənilən hadisə isə sonuncu imtahanı gözləmədi. Toy oldu və biz də sinifin ən arıq və balaca qızının toyuna getdik. Sinif yoldaşlarım məni qabağa verdilər, mikrafonu götürüb ağsaqqalfason danışdım, hamının adından təbrik etdim.

9-cu sinifin dərsləri başlayana qədər artıq ikinci sinif yoldaşımızı gəlin koçürdük. Bu minvalla hər ayda demək olar ki, bir sinif yoldaşımızın toyuna gedirdik. 10-cu sinifə başlayanda isə sinifdə 2 qız qalmışdı. Onlar da dərsə gəlməməyə başladılar. Ataları demişdi ki, bəsdir oxudunuz, alim olmayacaqsınız ki?! Və biz qızsız qaldıq, korlandıq, dərsdə siqaret çəkməyə, söyüş söyməyə, min cür mənasız hərəkətlə eləməyə başladıq. Çünki sinif qızsız qalmışdı. Hətta dərslərinə ümumiyyətlə fikir verməyənlərin bəziləri arxa partlarda dərs zamanı mastrubasiya da edirdi. Çünki sinifmizdə qız yox idi.

11-ci sinifi bitirib son zəng keçirəndə həmin qızları bəziləri hamilə vəziyyətdə, bəziləri isə körpələri ilə gəlib qoşulmuşdular bizə. Ərləri isə son zəng keçirilənər ərazidən 200 metr aralıda dayanmışdı. Qızlar bizi gördüklərinə sevinirdilər. Əminəm ki, bu belə idi. Ancaq onların qəlbində bir hüzn var idi. Mən buna da əmin idim. Bütün özgürlükləri əllərindən alınmışdı və geriyə yol yox idi. Həqiqətən yox idi. Onların nə söz haqqı, nə dostları ilə oturub dərdləşmək haqqı var idi. Heç boşanma haqqları belə yox idi. Və biz 1 sinif qadını ilin 364 günü üçün itirdik.

Bizim kənddə kitabxana, kinoteatr və bu kimi mədəniyyət evləri əvvəllər normal fəaliyyət göstərib. Anam danışırdı ki, kinoteatra hind filmləri gələndə hamımız bilet növbəsinə dayanırdıq. Yavaş – yavaş bunların hamısı yoxa çıxdı. Kinoklub kafeyə çevrildi və ora yalnız kişilər getməyə başladı. Kitabxanalardakı kitablar isə insanlar üçün darıxmağa başladı və beləliklə qadınların yeganə “hangout” yeri çəpərüstü məkanlar oldu. Bir çoxları isə arada toya getməklə özünə təsəlli verirdi. Bundan başqa əyləncə məkanı qalmamışdı.

Beləliklə biz onların bütün hüquqlarını əllərindən aldıq. Təhsil hüququnu, seçim hüququnu, söz hüququnu, əylənmək hüququnu… Və bu işdə onların günahı çox az idi, lap çox az, amma yox da deyildi.

Hər il isə onları yaltaqcasına tərifləyirdik, tərifləyirik və hüquqlarını poza – poza tərifləcəyik… Onlara bir lak güllə təbrik etmişik, edirik və edəcəyik.

8 mart dünyada bayram kimi, qadınlar günü kimi qeyd edilməyə başlayanda məqsəd qadın hüquqlarının təmin olunması, onların da kişilərlə bərabərhüquqlu insan olduğunu hər kəsə çatdırmaq idi, hər kəsin bu istiqamətdə çalışmasını təmin etmək idi. Bir çoxları bunu etdi, qadına insanın dostu demədi, onu insanın özü adlandırdı və onlar 8 martı qeyd etdilər. Bizim kimi bayağı yox, suni yox, əsl bayram kimi.

Bizlər isə yuxarıda saydığım kimi, qadınların bütün hüqlarını tapdalayaraq, onları insan saymayaraq yalnız bir günü gözləyirik – 8 martı. Həmin günü də çox bayağı formada, qeyri – səmimi şəkildə onların üzünə gülümsəyirik.

Məncə bizim 8 martı bayram kimi qeyd etməyə haqqımız yoxdur. Biz hələ 8 martı qeyd edənə qədər anlamalıyıq ki, qadın insanın dostu yox, insanın özüdür. Ən azından bunu anlamalıyıq.

Advertisements

3 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. normal bir sheydir muselman olan bir cemiyetde bundan artiq gozlemek plmaz hele shukur etsinler ki onlara ceper ustu sohbete icaze verilri

  2. Və bu işdə onların günahı çox az idi, lap çox az, amma yox da deyildi.

  3. salam yeni herakatimizla tanış olun http://mentalaparat.wordpress.com


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: