“Erməni” mükafatı

İyul 20, 2012 tarixində, saat 6:02 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , , , , , , ,

Düzü çoxdandır müəllif yazısı yazmıram. Hələ insanlara söz verdiyim bir yazı da var. Açığını deyim, o yazının mövzusu ağırdır və tamamlamaq üzrəyəm yazını. 2-3 günə hazır olar. Bu yazını da çıxdan yazmaq istəyirdim, amma düzünü desəm yazmağa tənbəllik edirdim.

Təqribən 1 aydan biraz çox vaxt bundan öncə mediada belə bir xəbər yayılmışdı – “Seymur Baycan ermənilərdən mükafat aldı”. Məlumatı oxudum. Son abzası diqqətimi çəkdi: “Sonda tərəflər bir-birinə mükafat da təqdim ediblər. Ermənilər azərbaycanlı yazıçı Seymur Baycana diplom, saat və üzərində sülh rəmzi olan foto hədiyyə veriblər.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, cəmiyyətin üzvü, “Dalğa” Gənclər Hərəkatının beynəlxalq əlaqələr üzrə koordinatoru Həmidə Qiyasbəyli loqo hazırladığına görə, bəstəkar Firudin Allahverdi musiqili kompozisiya hazırladığına görə ermənilər tərəfindən təltif olunublar. Tədbirdə “Dalğa” üzvü Rasim Əfəndiyevin iki ölkənin müharibəsinin sülhlə tamamlanması çağırışı ilə çəkdiyi qısametrajlı film də nümayiş etdirilib və o da mükafatlandırılıb”.

Birdən yadıma düşdü ki, bir evdə yaşadığım Həmidə Qiyasbəyli və Rasim Əfəndiyev də səhərə yaxın saatlarda Gürcütsandan dönüblər.

Sonra sosial şəbəkələrdə və saytlarda yazılarla bağlı şərhlərlə tanış oldum. Yuxarıda adı çəkilən şəxrlər haqqında “Vətən xaini” “Satqınlar” kimi bayağı tənqidlərdən tutmuş, “Şərəfsiz”, “xaricdən maliyyələşən alcaqlar” kimi bayağı təhqirlərə qədər bütün şərhləri oxudum.

Axşam işdən çıxıb evə qayıdanda Rasim şəhərdə dostları ilə idi. Həmidə isə imtahana hazırlaşırdı. İçəri girib Həmidə ilə zarafatlaşdım ki, bütün media sizdən danışır, məşhur olduz və mükafatla tanış olmaq istədiyimi dedim. Həmidə əl işi olan saatı mənə göstərdi və mükafatın bu olduğunu dedi. “Bəs digər mükafat hanı? Axı ikiniz də mükafat almısız…” deyə soruşdum və onun verdiyi cavab həqiqətən də bir ölkənin mənəviyyat problemini göstərdi: “Bəy tədbir bitəndən sonra Bakıya yola düşdük. Bir maşına oturub sərhədə qədər gəldik. Azərbaycan tərəfə keçəndə artıq pulumuz bitmişdi. Məcbur qalıb bir taksiyə aldığımız mükafatın birini verdik və yolun yarısına qədər gəldik. Sonra da bir maşın saxladı, bizi Bakıya gətirdi…”

Həmidə hələ də danışırdı, mən isə o an sanki bu dünyada deyildim. Danışdıqları məni məhv etmişdi. Burdan Gürcütsana gedəsən, mükafat alasan, aldığın mükafatı yol pulu əvəzinə taksi sürücüsünə verəsən və hələ buna görə təhqir edə olunasan… Bu dəhşətdir.

O yazıya şəhr yazanların böyük əksəriyyəti bu yazını da oxuyacaq. Bu səbəbdən də mənim həmin şəxslərə veriləcək sualım var.

O söydüyünüz 2 gənc Azərbaycanı təmsil etmək üçün, insanların ölməməsindən ötrü sülh çağırışları etmək üçün burdan Tiblisə gediblər. Onlar bu yaşlarında sizin heç birinizin edə bilmədiyini edərək cəsarətlə ermənilərlə müzakirə masasına oturublar. İndi siz deyin. Sizin onlarla bir ölkədə yaşamağa haqqınız vramı?

Sizin əvvəlki şərəfsizliklərinizə baxmayaraq, onlar sülh üçün 20-21 yaşlarında, tələbəlik illərində ciblərinin son qəpiklərini xərcləyərək bir işə imza atıblar. Siz isə onları öz bayağı ifadələrinizlə təhqir etmisiz. Bəs sizin də insan adlanmağa haqqınız varmı?

Sizin hansı biriniz vətənşüvənlik edərək təhqir etdiyiniz Seymur Baycan qədər bu münaqişənin həlli üçün bir iş görüb? Hansı ki, Seymur Baycanın Qarabağ münaqişəsi haqqında yazdığı 1 roman bu ölkə ziyalılarının münaqişə ilə bağlı gördüyü bütün işlərlə müqayisədə daha ciddi işdir. O tək başına heç bir dilpomatın edə bilməyəcəyini edib, onlardan daha çox bu münaqişənin həlli üçün çalışıb.

Sizin hansı biriniz Firudin Allahverdi qədər bu ölkənin mədəniyyətinə sahib çıxa bilmisiz?

Sizin hansı biriniz Əvəz Həsənov qədər bu münaqşənin həlli üçün müzakirələrdə iştirak etmisiz, Azərbaycanı müdafiə etmisiz?

Sizin üçün əgər vətənpərvərlik Sərkisyanın əyninə fotoşopda qadın paltarı geyindirməkdirsə, o zaman sizin bizimlə bu ölkədə yaşamağa haqqınız yoxdur. Bəli, məhz sizin bu haqqınız yoxdur, bizim var.

P.S. Bu mükafatı heç emrənilər verməmişdi. Bu mükafatı Azərbaycan tərəfdən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, Gürcüstan tərəfdən ATƏT-in nümayəndəsi, Ermənistan tərəfdən isə ordakı bir QHT-nin nümayəndəsi birgə təqdim etmişdi.

P.S. Seymur Baycan qədər də olmasa, o şərhlərdə təhqir etdiyiniz şəxslərdən biri olan Rasim Əfəndiyev bir neçə gündən sonra həqiqi hərbi xidmətə yola düşəcək…

 

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: