Bloq yazaqmı?
Noyabr 9, 2011 tarixində, saat 9:30 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazınBloq yazmaq həm dəb halını alıb, həm də papulyarlaşıb. Hər gün bloq açılır, hər gün bir yazı yazılır. Heç şübhəniz olmasın. Bu yaxınlarda əgər hansısa bloqçu həbs olunsa və bu söz azadlığına basqı kimi qiymətləndirilsə, hakimiyyətin qəzet jurnalistlərinə göstərdiyi mövqe kimi bir mövqe ilə tanış olacağıq: Azərbaycanda filan qədər blogger var. Bu onu göstərir ki, ölkədə plürualizm var, ifadə azadlığı var.
Bəs nə edək?! Yazmayaqmı? Continue Reading Bloq yazaqmı?…
Şahinsiz 1 il
Oktyabr 27, 2011 tarixində, saat 4:40 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazınEtiketlər: Şahin Ağabəyli
Şahin Ağabəylinin ölümündən 1 il ötür… Bir il öncə səhər saatlarında mobil telefonuma gələn zəng və ölüm xəbəri… İlk dəfə xəbəri eşidəndə inanmamışdım və düzü ciddiyə də almamışdım. Çünki bunu mümkünsüz hesab edirdim. Şahin hələ yaşamalı idi. İkinci zəng gələndə isə artıq təşviş içində idim. Xəbəri dəqiqləşdirmək istəyəndə telefonuma 3-cü zəng gəldi və “Şahin Ağabəyli yol qəzasında dünyasını dəyişdi” dedilər. Continue Reading Şahinsiz 1 il…
Yalnız Azərbaycanda…
Oktyabr 4, 2011 tarixində, saat 9:19 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazınBu seriadan çoxlu yazılar yazılıb. Söhbət “Yalnız Azərbaycanda” cümləsi ilə başlayan yazılardan gedir. Son günlər bəzi maraqlı, iyrənc və ya qəribə hadisələrlə qarşılaşmağım məndə də həvəs yaratdı ki, “Yalnız Azərbaycanda” seriyasından nəsə yazım.
1. Yalnız Azərbaycanda bir ailədən ildə bir nəfər “Mango” mağazasından nəsə paltar alar və sonra bir il boyunca bütün ailə üzvləri şəhərə gəzməyə çıxanda həmin paltarın qoyulduğu çantaya başqa əşyalar yığıb özü ilə götürər. Continue Reading Yalnız Azərbaycanda……
Şər(l)atanlar
Sentyabr 26, 2011 tarixində, saat 8:10 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazınEtiketlər: Virtual aksiya
Neçə gündür sosial şəbəkələrdə “virtual aksiya”larla bağlı qırğın – qiyamət polemika gedir.
Yazırlar ki, Dalğa Gənclər Hərəkatının üzvləri həbsdə olan gənclər üçün keçirilən “virtual aksiya”ya qoşulmurlar. Az qala bizi “Qoşulmayanlar” hərəkatına üzv ediblər. Hə, onu da yazmağı unutmurlar ki, başımız seksə qarşıbmış… Dəhşət! Ə gedin özünüzə ciddi iş tapın.
Hazırda “Dalğa”çılar ciddi təşviş içindədir. Belə getsə biz “facebook”dakı bu ictimai qınağın təzyiqinə dözməyib fəaliyyətimizə xitam verəcəyik. Continue Reading Şər(l)atanlar…
Qəhbəliklərinizdən əl çəkin!
Sentyabr 24, 2011 tarixində, saat 8:12 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 ŞərhEtiketlər: Dalğa Gənclər Hərəkatı, Gənclər, Orxan Nəbiyev, Rauf Mərdiyev, İctimai sektor
Yazını çox sadə dildə yazacağam. Bəlkə də yazdığım ifadələr bir çoxları üçün gözlənilməz olacaq, ancaq biraz əsəb, biz bezmək, biraz təəssüf və biraz da iyrənclikləri görmək artıq yorur məni.
Xatırlatma: İctimai sektorda qəhbəliklər baş alıb gedir… Siz qəhbəlik edin, biz isə öz mövqeyimizdə dayanacagıq, siz qalib gəlmək üçün xahiş edin, biz isə gücümüzü göstərəcəyik, siz vətəndaş cəmiyyətini pula dəyişin, biz uğurumuzdan danışacagıq, siz hər şeyi ağ və qara görün, biz isə daltonik olmayacagıq…
Dünən ANS telekanalında Dalğa Gənclər Hərəkatının sədri Orxan Nəbiyevlə “İrəli” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev arasında DeBat baş tutdu. Mövzu gənclik idi, bizim problemlərimiz idi. Orxan Nəbiyev gənclərə qarşı ayrıseçkilik siyasətindən danışırdı, Rauf Mərdiyev isə bunun əksini. Kimin daha yaxşı və ya pis danışmasını qoyuram kənara. Bilən bilir mövqeyimi. Keçirəm bu DeBatdan sonra gördüyüm cındırlıqlara və ya qəhbəliklərə. Nə bilim siz istəsəniz başqa ad qoyun, oğraşlıq, fahişəlik və ya qısqanclıq… Continue Reading Qəhbəliklərinizdən əl çəkin!…
Aquavita, qadın, dodaq…
Sentyabr 17, 2011 tarixində, saat 12:47 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazınEtiketlər: Aquavita, Brend, Gülüstan, Mən
Hər şeydə ahəng olanda daha gözəl olur…
Hər şey göründüyü kimidir. Bir – biri ilə ünsiyyətdə olan amil və ya əşya bir – birinə yaraşmalıdır, ahəng olmalıdır. Bu sintez yaşam zamanı bəzən anlaşılmır, gözdən yayınır. Ancaq bu sintezin bir anını belə özündə əks etdirən fotolar hər şeyi daha aydın görməyə kömək edir.
“Bloqosfer 2011”-də çəkilmiş bu şəkilə baxarkən iki nüansı xatırlayıram. Bloqçuların toplaşdığı bu məkan bloq sferindən daha çox “Aquavitasfer”ə bənzəyirdi. Digər nüans isə şəkilin özü ilə bağlıdır. Bu şəkildə yuxarıda qeyd etdiyim ahəng pozulub. Continue Reading Aquavita, qadın, dodaq……
Mentalitet nədir? – SORĞU
Sentyabr 14, 2011 tarixində, saat 11:58 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 4 ŞərhEtiketlər: Mentalitet, mentalitet Nədir, Mikayıl Müşviq, Ramin Hacılı
…Hər gün bir yeni nəğmə,
Hər gün bir yeni ilham,
Yazaydım səhər axşam… (Mikayıl Müşviq)
“Mentalitet və anti – mentalitet” həftəmiz başlayıb. Bu mövzu haqqında düşünərkən, hər zaman yadıma yuxarıda yazdığım şeir parçası düşür. Kaş ki, hər gün bu mövzuda yazmağa həvəs olaydı. Mentalitet mövzusunda nəsə yazmaq əslində göründüyü qədər də rahat deyil, çünki bu mentalitetin nə olduğunu bəzən özüm də anlamıram. Nədir Mentalitet? Bu sualı özümə verərkən çox zaman belə bir cavab alıram özümdən: Mentalitet nədirsə, mənə lazım deyil. Continue Reading Mentalitet nədir? – SORĞU…
Mentalitet, yoxsa… ?
Sentyabr 13, 2011 tarixində, saat 7:41 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 3 ŞərhEtiketlər: Anti - mentalitet, Mentailitet, söyüş
Bu bazar günü (04 sentyabr) saat 00-00 – da kampaniya başa çatdı. Ancaq bu son olmadı və “Bloglarda Kitab Həftəsi” bitən kimi ardıyca yeni mövzu ilə həftələr davam etdi.
İkinci həftə “Getdiyimiz Kafelər” haqqında idi. O həftə üçün bır sıra blog yazıları yazıldı. Bir çox blogger öz getdiyi kafelər haqqında blog yazıları yazdı. Bu gün artıq 3-cü həftənin 3-cü günüdür. 3-cü həftə “Mentalitet və Anti – Mentalitet” həftəsidir. Hər bir blogger bu mövzuda istədiyi fikri yaza bilər. Düzdür bu mövzu çox çeynənib. Hətta buna çeynənib demək də olmaz. Bu mövzunu çeynəyib, çeynəyib tüpürüblər Azərbaycanın 3 gündən bir yenilənən asfaltının üstünə. Bu mövzu digər tərəfdən baxanda çox çətin mövzudur. Məhz bu mövzu o mövzulardandır ki, ondan yazanda o dəqiqə inkişaf sevər Azərbaycan xalqı ardıcıl tənqid maşınını işə salır…Azərbaycanlı isə tənqid ilə təhqiri anlayana qədər uzun əsrlər lazımdır… Continue Reading Mentalitet, yoxsa… ?…
WordPress.com Bloqu.
Entries və şərhlər feeds.