YAP hakimiyyətdən getmək istəyir

Noyabr 28, 2011 tarixində, saat 12:35 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh
Etiketlər: , , ,

Hə hə, təəccüblənməyin buna. Bu həqiqətdir. Bugunki siyasi sistemin başında oturanlar hakimiyyətdən getmək istəyirlər, sadəcə bunu rahatlıqla etmək onlar üçün asan deyil.

Bunu kim dedi?

Bunu son dövrlər yaşadığımız hadisələrin məntiqi sonluğu deyir. Ötən il ədəbiyyat üzrə nobel mükafatını perudan olan yazıçı Mario Vargas Liosa almışdı. Bilirsiz o kim idi, hansı və ya necə bir ölkədə yaşayırdı. Liosa ölkəsinin dissidenti sayılırdı, o prezidentə məktub yazaraq siyası məhbusların azadlığa buraxılmasını tələb etmişdi və bu elə bir ölkədə baş vermişdi ki, o ölkədə diktator istədiyini edir. Bizdə isə yazıçı qətlə yetirildi. Rafiq Tağının öldüyü gecə yazıçı Əli Əkbər belə bir fikir dedi: “Latın Amerikası ölkələrində belə, yazıçıya toxunmurlar”. Continue Reading YAP hakimiyyətdən getmək istəyir…

Advertisements

Bloq yazaqmı?

Noyabr 9, 2011 tarixində, saat 9:30 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bloq yazmaq həm dəb halını alıb, həm də papulyarlaşıb. Hər gün bloq açılır, hər gün bir yazı yazılır. Heç şübhəniz olmasın. Bu yaxınlarda əgər hansısa bloqçu həbs olunsa və bu söz azadlığına basqı kimi qiymətləndirilsə, hakimiyyətin qəzet jurnalistlərinə göstərdiyi mövqe kimi bir mövqe ilə tanış olacağıq: Azərbaycanda filan qədər blogger var. Bu onu göstərir ki, ölkədə plürualizm var, ifadə azadlığı var.

Bəs nə edək?! Yazmayaqmı? Continue Reading Bloq yazaqmı?…

Şahinsiz 1 il

Oktyabr 27, 2011 tarixində, saat 4:40 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər:

Şahin Ağabəylinin ölümündən 1 il ötür… Bir il öncə səhər saatlarında mobil telefonuma gələn zəng və ölüm xəbəri… İlk dəfə xəbəri eşidəndə inanmamışdım və düzü ciddiyə də almamışdım. Çünki bunu mümkünsüz hesab edirdim. Şahin hələ yaşamalı idi. İkinci zəng gələndə isə artıq təşviş içində idim. Xəbəri dəqiqləşdirmək istəyəndə telefonuma 3-cü zəng gəldi və “Şahin Ağabəyli yol qəzasında dünyasını dəyişdi” dedilər. Continue Reading Şahinsiz 1 il…

Mən də gəncəm, sən də, amma…

Oktyabr 14, 2011 tarixində, saat 11:53 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , ,

Bir il bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqtonda qaldığım mehmanxananın restoranında yemək yeyərkən çöldə səs – küy gəldiyini eşitdim. Yeməyimi yarıda qoyub qapıdan çölə çıxdım və qaldığımız mehmanxana ilə üzbə – üz yerləşən “Hilton” mehmanxanasının qarşısında gənclərin izdiham yaratdığını görüdm. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Dedilər ki, Prezident Barak Obama birazdan bura gələcək və jurnalistlərə nahar ziyafəti verəcək.
Düzü maraq mənə güc gəldi. Restorandakı yeməyimi unudub izdihama qoşuldum. Həm Obamanı yaxından görmək istəyirdim, həm də bura toplaşan gənclərin nə planlaşdığını müşahidə etmək istəyirdim.

Bəli, Barak Obama gəldi və gənclər aksiya keçirməyə başladılar. Onların əllərindəki vatman kağızlarında belə bir tələb yazılnışdı: TOYUQ DA CANLIDIR, ONU YEMƏYİN! Continue Reading Mən də gəncəm, sən də, amma……

Dünən və bu gün – VİDEO

Oktyabr 12, 2011 tarixində, saat 6:54 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 2 Şərh
Etiketlər: , , ,

Bu gün səhər işdə Facebook-a daxil olanda ilk qarşıma çıxan paylaşım (1)  Mübariz Tağıyevin 1991-ci ildə ifa etdiyi “Bir sabah” mahnısı oldu. Bütün paylaşımlarda belə bir cümlə yazılmışdı 20 il öncə Azərbaycan estradası… Mən də dinlədim, gözəl, əla, hətta super.
Sonra Youtube-də 90-cı ilin əvvəllərində oxunan estrada mahnılarını axtardım. Bir neçəsini dinlədim. Daha sonra isə gəldim bu günki dövrə. Fərq insanı heyran edir. O vaxt yazılan musiqilər bəlkə də Azadlıq Hərəkatının təsirindənmi ya nədənmi çox azad ruhludur. İnsanlar mahnıları kompleksiz oxuyur. Continue Reading Dünən və bu gün – VİDEO…

Yalnız Azərbaycanda…

Oktyabr 4, 2011 tarixində, saat 9:19 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bu seriadan çoxlu yazılar yazılıb. Söhbət “Yalnız Azərbaycanda” cümləsi ilə başlayan yazılardan gedir. Son günlər bəzi maraqlı, iyrənc və ya qəribə hadisələrlə qarşılaşmağım məndə də həvəs yaratdı ki, “Yalnız Azərbaycanda” seriyasından nəsə yazım.

1. Yalnız Azərbaycanda bir ailədən ildə bir nəfər “Mango” mağazasından nəsə paltar alar və sonra bir il boyunca bütün ailə üzvləri şəhərə gəzməyə çıxanda həmin paltarın qoyulduğu çantaya başqa əşyalar yığıb özü ilə götürər. Continue Reading Yalnız Azərbaycanda……

Şər(l)atanlar

Sentyabr 26, 2011 tarixində, saat 8:10 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər:

Neçə gündür sosial şəbəkələrdə “virtual aksiya”larla bağlı qırğın – qiyamət polemika gedir.

Yazırlar ki, Dalğa Gənclər Hərəkatının üzvləri həbsdə olan gənclər üçün keçirilən “virtual aksiya”ya qoşulmurlar. Az qala bizi “Qoşulmayanlar” hərəkatına üzv ediblər.  Hə, onu da yazmağı unutmurlar ki, başımız seksə qarşıbmış… Dəhşət! Ə gedin özünüzə ciddi iş tapın.

Hazırda “Dalğa”çılar ciddi təşviş içindədir. Belə getsə biz “facebook”dakı bu ictimai qınağın təzyiqinə dözməyib fəaliyyətimizə xitam verəcəyik. Continue Reading Şər(l)atanlar…

Qəhbəliklərinizdən əl çəkin!

Sentyabr 24, 2011 tarixində, saat 8:12 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh
Etiketlər: , , , ,

Yazını çox sadə dildə yazacağam. Bəlkə də yazdığım ifadələr bir çoxları üçün gözlənilməz olacaq, ancaq biraz əsəb, biz bezmək, biraz təəssüf və biraz da iyrənclikləri görmək artıq yorur məni.

Xatırlatma: İctimai sektorda qəhbəliklər baş alıb gedir… Siz qəhbəlik edin, biz isə öz mövqeyimizdə dayanacagıq, siz qalib gəlmək üçün xahiş edin, biz isə gücümüzü göstərəcəyik, siz vətəndaş cəmiyyətini pula dəyişin, biz uğurumuzdan danışacagıq, siz hər şeyi ağ və qara görün, biz isə daltonik olmayacagıq…

Dünən ANS telekanalında  Dalğa Gənclər Hərəkatının sədri Orxan Nəbiyevlə “İrəli” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev arasında DeBat baş tutdu. Mövzu gənclik idi, bizim problemlərimiz idi. Orxan Nəbiyev gənclərə qarşı ayrıseçkilik siyasətindən danışırdı, Rauf Mərdiyev isə bunun əksini. Kimin daha yaxşı və ya pis danışmasını qoyuram kənara. Bilən bilir mövqeyimi. Keçirəm bu DeBatdan sonra gördüyüm cındırlıqlara və ya qəhbəliklərə. Nə bilim siz istəsəniz başqa ad qoyun, oğraşlıq, fahişəlik və ya qısqanclıq… Continue Reading Qəhbəliklərinizdən əl çəkin!…

AzBlog.Org saytının rəsmi bəyanatı

Sentyabr 22, 2011 tarixində, saat 7:56 səhər | Kateqoriya:XƏBƏR - RƏY | 1 Şərh
Etiketlər: , ,

Bildiyiniz kimi AzBlog.Org saytı 2011-ci ilin Aprel ayından bəri fəaliyyət göstərir. Yeni sistemə keçəndən bəri 2222 yazı yayımlanıb. Köhnə sistemdə isə 1000dən çox yazı yayımlanmışdı. Saytımızın ziyarətçiləri sayəsində AzBlog.Org hələ də Azərbaycanın ən çox oxunan saytları arasında yerini qorumaqdadır.

İdarəçilər olaraq da yerli yaxud xarici mətbuatda bloqqerlik barədə xəbərləri yaxından izləyirik. Mətbuatda yayımlanan son xəbərlər bizi narahat etdi. Bildiyiniz kimi bu yaxınlarda “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan bloqçularının şəbəkəsi yaradılıb (mənbə: Trend). Ayrılıqda müstəqil bloqqerlər və birlikdə Azərbaycanın ilk Bloq şəbəkəsinin idarəçiləri kimi ölkədə bloqqerliyin inkişafına müsbət baxsaq da,  “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin WeBlog.Az adlı Bloq Şəbəkəsinə münasibətimiz birmənalı olmadı. Continue Reading AzBlog.Org saytının rəsmi bəyanatı…

Aquavita, qadın, dodaq…

Sentyabr 17, 2011 tarixində, saat 12:47 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , ,

Hər şeydə ahəng olanda daha gözəl olur…

Hər şey göründüyü kimidir. Bir – biri ilə ünsiyyətdə olan amil və ya əşya bir – birinə yaraşmalıdır, ahəng olmalıdır. Bu sintez yaşam zamanı bəzən anlaşılmır, gözdən yayınır. Ancaq bu sintezin bir anını belə özündə əks etdirən fotolar hər şeyi daha aydın görməyə kömək edir.

“Bloqosfer 2011”-də çəkilmiş bu şəkilə baxarkən iki nüansı xatırlayıram. Bloqçuların toplaşdığı bu məkan bloq sferindən daha çox “Aquavitasfer”ə bənzəyirdi. Digər nüans isə şəkilin özü ilə bağlıdır. Bu şəkildə yuxarıda qeyd etdiyim ahəng pozulub. Continue Reading Aquavita, qadın, dodaq……

« Öncəki SəhifəSonrakı Səhifə »

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.