Mən də gəncəm, sən də, amma…

Oktyabr 14, 2011 tarixində, saat 11:53 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , ,

Bir il bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqtonda qaldığım mehmanxananın restoranında yemək yeyərkən çöldə səs – küy gəldiyini eşitdim. Yeməyimi yarıda qoyub qapıdan çölə çıxdım və qaldığımız mehmanxana ilə üzbə – üz yerləşən “Hilton” mehmanxanasının qarşısında gənclərin izdiham yaratdığını görüdm. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Dedilər ki, Prezident Barak Obama birazdan bura gələcək və jurnalistlərə nahar ziyafəti verəcək.
Düzü maraq mənə güc gəldi. Restorandakı yeməyimi unudub izdihama qoşuldum. Həm Obamanı yaxından görmək istəyirdim, həm də bura toplaşan gənclərin nə planlaşdığını müşahidə etmək istəyirdim.

Bəli, Barak Obama gəldi və gənclər aksiya keçirməyə başladılar. Onların əllərindəki vatman kağızlarında belə bir tələb yazılnışdı: TOYUQ DA CANLIDIR, ONU YEMƏYİN! Continue Reading Mən də gəncəm, sən də, amma……

Bakının satılmış gecələri

Avqust 19, 2011 tarixində, saat 9:08 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 2 Şərh
Etiketlər: , , , , , ,

Son zamanlar ən sevdiyim iş gecəyarı Bakı küçələrini gəzməkdir. Adətən şəhərin mərkəzində yaşayan dostlarımla gecəyarı saat 3 radələrinə qədər oturub müxtəlif mövzularda müzakirələr aparırıq. Sonra isə hər kəs öz evinə gedir. Hamı dağılışandan sonra isə, təkbaşına Bakının gecə həyatını seyr etmək üçün bir neçə saat da gəzirəm. Bakının gecə həyatı tamam fərqli olur. Continue Reading Bakının satılmış gecələri…

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.