Bir bloqçunun “Unibank”la dialoqu – FOTO

Sentyabr 7, 2011 tarixində, saat 11:01 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , ,

Bir neçə gün bundan öncə “Bloqosfer 2011”-də olarkən müzakirə olunan mövzulardan biri də, “Google Adsens” (Google reklamlar) xidmətini Azərbaycan banklarının bəzilərinin dəstəkləməməsi və ya bunu dəstəkləyən bankların yüksək məbləğdə xidmət haqqı tələb etməsi idi.

Müzakirələr zamanı məlum oldu ki, “Unibank” bu sistemi dəstəkləyən yeganə banklardan biri olsa da, bunun üçün yüksək məbləğdə (100 ABŞ dolları) xidmət haqqı tələb edir. Məsələni araşdırmaq üçün Bankın rəsmi Facebook səhifəsində bank rəhbərliyinə sual yazdım və bu sualdan sonra aramızda kiçik dialoq başladı. Continue Reading Bir bloqçunun “Unibank”la dialoqu – FOTO…

Advertisements

Twitter, Bloqosfer, Rauf Mərdiyev və Asif Eminov – VİDEO

Sentyabr 5, 2011 tarixində, saat 8:05 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , , , , ,

Bloqosferə getməzdən əvvəl forumun maraqlı keçməsi ilə bağlı məndə nəsə fikir formalaşmışdı. Ancaq bu marağın və ya maraqlı cəhətin nə olacağını dəqiq bilmirdim.

Bloqosfer həqiqətən də maraqlı keçdi. Təqdimatlar və müzakirələr zamanı bilmədiyim çox məsələləri öyrəndim. Tədbirə maraq qatan digər bir amil isə özünü Rauf Mərdiyev kimi təqdim edən şəxsin Twitter hesabında bloqosfer haqqında yazdığı Twit oldu. Özünü Rauf Mərdiyev kimi təqdim edən şəxs ( Rauf Mərdiyev adətən kimi isə tənqid edəndə onu belə adlandırır – özünü …… ……  kimi təqdim edən şəxs) Twitterdə yazmışdı ki, “klounada başladı #Bloqosfer” . İlqar Mirzə bunu oxuyandan sonra özünü Rauf Məridyev kimi təqdim edən şəxsdən kimə kloun dediyini soruşdu. Rauf Mərdiyev isə belə cavab verdi: “Mən buna Twitterdə cavab verəcəm”. Continue Reading Twitter, Bloqosfer, Rauf Mərdiyev və Asif Eminov – VİDEO…

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.