Rauf Mərdiyevə və onun müdafiəçisinə cavab

Sentyabr 7, 2011 tarixində, saat 12:56 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 2 Şərh
Etiketlər: , , ,

Rauf Mərdiyevlə bağlı “Bloqosfer 2011”də baş verənləri yəqin çoxları xatırlayır. Üstündən uzun zaman keçməyib. Rauf Mərdiyev ona qarşı səsləndirilən tənqidləri, yazılan yazıları heç vecinə də almadı. Lütfən, kimsə buna görə Raufu dahi sayıb deməsin ki, o sizi heç saymır. Raufun cavab verməməsi, onun cavabının olmamsıdır, onun səhv etməsini anlamasıdır.
Bloqları oxuyarkən gördüm ki, özünü gənc jurnalist, jurnalistika fakultəsinin tələbəsi adlandıran bir qız bizi “yıxıb – sürüyüb”, Rauf Mərdiyevi isə dağın başına qaldırıb. Continue Reading Rauf Mərdiyevə və onun müdafiəçisinə cavab…

Twitter, Bloqosfer, Rauf Mərdiyev və Asif Eminov – VİDEO

Sentyabr 5, 2011 tarixində, saat 8:05 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , , , , ,

Bloqosferə getməzdən əvvəl forumun maraqlı keçməsi ilə bağlı məndə nəsə fikir formalaşmışdı. Ancaq bu marağın və ya maraqlı cəhətin nə olacağını dəqiq bilmirdim.

Bloqosfer həqiqətən də maraqlı keçdi. Təqdimatlar və müzakirələr zamanı bilmədiyim çox məsələləri öyrəndim. Tədbirə maraq qatan digər bir amil isə özünü Rauf Mərdiyev kimi təqdim edən şəxsin Twitter hesabında bloqosfer haqqında yazdığı Twit oldu. Özünü Rauf Mərdiyev kimi təqdim edən şəxs ( Rauf Mərdiyev adətən kimi isə tənqid edəndə onu belə adlandırır – özünü …… ……  kimi təqdim edən şəxs) Twitterdə yazmışdı ki, “klounada başladı #Bloqosfer” . İlqar Mirzə bunu oxuyandan sonra özünü Rauf Məridyev kimi təqdim edən şəxsdən kimə kloun dediyini soruşdu. Rauf Mərdiyev isə belə cavab verdi: “Mən buna Twitterdə cavab verəcəm”. Continue Reading Twitter, Bloqosfer, Rauf Mərdiyev və Asif Eminov – VİDEO…

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.