Mentalitet, yoxsa… ?

Sentyabr 13, 2011 tarixində, saat 7:41 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 3 Şərh
Etiketlər: , ,

Bu bazar günü (04 sentyabr) saat 00-00 – da kampaniya başa çatdı. Ancaq bu son olmadı və “Bloglarda Kitab Həftəsi” bitən kimi ardıyca yeni mövzu ilə həftələr davam etdi.

İkinci həftə “Getdiyimiz Kafelər” haqqında idi. O həftə üçün bır sıra blog yazıları yazıldı. Bir çox blogger öz getdiyi kafelər haqqında blog yazıları yazdı. Bu gün artıq 3-cü həftənin 3-cü günüdür. 3-cü həftə “Mentalitet və Anti – Mentalitet” həftəsidir. Hər bir blogger bu mövzuda istədiyi fikri yaza bilər. Düzdür bu mövzu çox çeynənib. Hətta buna çeynənib demək də olmaz. Bu mövzunu çeynəyib, çeynəyib tüpürüblər Azərbaycanın 3 gündən bir yenilənən asfaltının üstünə. Bu mövzu digər tərəfdən baxanda çox çətin mövzudur. Məhz bu mövzu o mövzulardandır ki, ondan yazanda o dəqiqə inkişaf sevər Azərbaycan xalqı ardıcıl tənqid maşınını işə salır…Azərbaycanlı isə tənqid ilə təhqiri anlayana qədər uzun əsrlər lazımdır… Continue Reading Mentalitet, yoxsa… ?…

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.